Sahil Babayev: "İlk DOST Mərkəzi bu ilin ilk rübündə açılacaq"

Bakı. 7 yanvar. REPORT.AZ/ "İlk DOST Mərkəzi bu ilin ilk rübündə açılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, DOST Mərkəzinin açılması ilə bağlı bəzi işlər yekunlaşdırılıb: "Onun bütün hüquqi bazası qurulub. Xidmətlərin göstərilməsi qaydası təsdiq edilib. İndi ilk DOST Mərkəzinin yerləşəcəyi binada təmir işləri yekunlaşma ərəfəsindədir".

Digər xəbərlər