Nazir: "Azərbaycanda əhalinin 2050-ci ilə qədərki demoqrafik dinamikası ilə bağlı təhlillər aparılıb"

"Azərbaycanda əhalinin 2050-ci ilə qədər demoqrafik dinamikası və bunun pensiya sisteminə təsirinə dair ciddi təhlillər aparılıb".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ölkədə işləyən şəxslərlə işləməyənlər arasındakı nisbətin dinamikası 2050-ci ilə qədər müəyyən edilib: "Pensiya sığorta sistemi olduğundan gələcək dayanıqlılığa xələl gətirilməməsi əsas hədəflərdəndir".

Digər xəbərlər