Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
Bu barədə "Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin 1 aprelində muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3274 nəfər artıb. Hazırda muxtar respublika əhalisinin sayı 456 min 700 nəfəri ötüb.