Bakı. 28 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallıda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumat görə, qəbul sentyabr ayının 4-də Masallı rayonunun Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilər.