Elizar Ağayev: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb

Azad olunmuş ərazilərdə 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu rayona təşkil olunan mediatur çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Elizar Ağayev deyib.

Onun sözlərinə görə, Agentliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin olunmasıdır:

"Azad edilmiş ərazilərdə artıq 12 621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Daha 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır. Xocalı rayonunda isə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb".

Digər xəbərlər