Biləsuvar rayonunda növbəti əmək yarmarkası təşkil olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.
Biləsuvar Peşə Liseyində keçirilən yarmarkada 60-dan çox vakansiya təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib. Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.