Nazir müavini: "PeşəFest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub

"PeşəFest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub, mütəxəssislərlə ünsiyyət qurub.

"Report" xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Bakıda keçirilən "PeşəFest 2026" layihəsinin bağlanış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan "PeşəFest" layihəsi peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verib:

"Bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərilib, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirilib".

Nazir müavini əmək bazarına hazırlığın ilk iş müraciətindən xeyli əvvəl başladığını, peşəyönümü, peşə hazırlığı, əmək bazarı haqqında məlumatlandırma və işlə təminata dəstəyin bir-birini tamamlayan mühüm mərhələlər olduğunu diqqətə çatdırıb:

"Əvvəlki ilə nisbətən iştirakçı sayı iki dəfə artıb. Burada ən böyük maraq tibb bacısı və tibb qardaşı peşəsinə olub. Silah mühəndisliyi də irəliyə gedən peşə ixtisasları marağa səbəb olub".

Digər xəbərlər