Komitə rəsmisi: Zərərli informasiyanın təsirinə məruz qalan hər beş uşaqdan biri risk altındadır

Azərbaycanda süni intellektlə bağlı proqram qəbul edilib, lakin burada uşaqların hüquqların qorunması ilə bağlı maddə yoxdur.

Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda keçirilən brifinq zamanı komitənin nümayəndəsi Elgün Səfərov deyib.

O bildirib ki, zərərli informasiyanın neqativ təsirinə məruz qalan hər beş uşaqdan biri risk altındadır:

"Süni intellekt, innovasiyalar inkişafla yanaşı mənfi tendensiyaları da özü ilə gətirir. Televiziya kanallarında verlişlər hazırlanan zaman yaş kateqoriyası nəzərə alınmalıdır. Bəzi hallarda uşaqları sosial şəbəklərdə məhşurlaşdırıb pul qazanırlar. Uşaq nikahları ilə bağlı paylaşılan məlumatlarda da onların hüquqları pozulub. Dövlət komitəsi bu sahədə digər qurumlarla kordinasiyalı işlər aparır".

Komitə nümayəndəsi ölkədə kiber bullinq və uşaqların hüquqlarının pozulması hallarının müəyyən edildiyini vurğulayıb:

"Bildiyiniz kimi, Azərbaycanda uşaq bankı fəaliyyətə başlayıb. Həmçinin Dövlət komitəsi regionlarda maarifləndirmə tədbirləri də həyata keçirir. Bu tədbirlər məktəblərdə, sosial şəbəklərdə gerçəkləşdirilir. Ölkədə kiber bullinq və uşaqların hüquqlarının pozulması halları müəyyən edilib. Süni intellektlə bağlı proqram qəbul edilib, lakin burada uşaqların hüquqlarının qorunmasına dair maddə yoxdur. Komitə olaraq biz bu məsələ üzərində işləyirik. Bu çərçivədə Uşaq Hüquqları ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanıb".

Digər xəbərlər