İmişli rayonunda növbəti əmək yarmarkası keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.
Filialın İmişli rayon xidmət şöbəsində baş tutan yarmarkada 30-a yaxın vakansiya üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib.
Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.