İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi işçilərin hüquqlarının qorunması istiqamətində yeni addımlar atacaq.
"Report" xəbər verir ki, bunu mərkəzin nümayəndəsi Anar Məlikov Bakıda keçirilən Yüksək Vəzifəli Rəsmilərin İƏT-in Baş Assambleyasının 2-ci Sessiyasına Hazırlıq İclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Əmək Mərkəzi İƏT-ə üzv dövlətlərlə birgə bir sıra layihələr hazırlamağa, yeni addımlar atmağa həvəslidir:
"Əməyin keyfiyyətinin artırılması bizim üçün önəmlidir. Bunun üçün yeni layihələr, proqramlar lazımdır. Biz təkliflərə açığıq. Ümid edirəm, birlikdə uzunmüddətli qərarlar alıb yeniliklərə addım ata biləcəyik".