Hadrutda 100-dən çox şəxs məşğulluqla təmin edilib

Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən 108-i məşğulluqla təmin edilib.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

Xatırladaq ki, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Digər xəbərlər