Gəncədə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində növbəti əmək yarmarkası təşkil edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, yarmarka Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.

Əmək yarmarkasında 34 müəssisə iştirak edib və 300-dən çox vakansiya təqdim olunub.

Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər hazırlanıb.

Tədbir çərçivəsində işsiz və işaxtaran şəxslərə Agentliyin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən peşəyönümü xidmətləri göstərilib, aktiv məşğulluq proqramları və müraciət qaydaları barədə məlumat verilib, həmçinin müraciət etmək istəyən şəxslərlə ilkin sorğular aparılıb.

Digər xəbərlər