Azərbaycanda ünvanlı dövlət sosial yardım alanların sayı açıqlanıb

Bakı. 17 may. REPORT.AZ/ Cari il aprel ayının 1-i vəziyyətinə ölkənin iqtisadi rayonları üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, respublika üzrə - cəmi 587 506 nəfər ünvanlı dövlət sosial yardımı alır. Yardımın məbləği 35,82 manatdır.

Qeyd edək ki, Bakı şəhəri üzrə 89 211 nəfər məbləği 39,44 manat olmaqla sosial yardım alır.

Digər xəbərlər