Hazırda Azərbaycanda beşdən çox uşağa görə 2 898 qadın sosial müavinət alır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə görə, müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara - uşaqların sağ olması şərti ilə - bu hüququn yaranmasına səbəb olmuş uşaq 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.