İndiyədək dörd mindən çox Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edib.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.

Digər xəbərlər