Vüqar Qurbanov: Cənubi Koreyadan Gəncə xəstəxanasına ianə edilən tibbi avadanlıqlar təhvil alınıb

Cənubi Koreyadan Gəncə Birləşmiş Şəhər Xəstəxanasına ianə edilən tibbi avadanlıqlar təhvil alınıb.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanla Cənubi Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın uzun müddətdir, davam etdiyini xatırladıb:

"Bu gün Cənubi Koreyadan Gəncə Birləşmiş Şəhər Xəstəxanasına ehtiyac duyulan avadanlıqlar ianə edilib. Gətirilən tibbi avadanlıqların ümümi dəyəri 350 min dollara yaxındır. Artıq təhvil-təslim prosesi də baş tutub. Bu əməkdaşlığın məqsədi vətəndaşlar üçün tibb xidmətlərini daha keyfiyyətli və əlçatan etməkdir".

Digər xəbərlər