Ağdamda gənc tibb işçilərinin əmək hüquqları və peşəkar inkişafı müzakirə olunur

Ağdam şəhərində gənc tibb işçilərinin əmək hüquqlarının qorunması, peşəkar inkişafı və regionlarda fəaliyyət imkanlarının genişləndirilməsinə həsr olunan "Gənc Tibb İşçilərinin Konfransı" keçirilir.

"Report"un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, konfransda dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də Ağdam və ətraf 11 şəhər və rayondan olan gənc tibb işçiləri iştirak edirlər.

Konfrans Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Səhiyyə Nazirliyinin və TƏBİB-in dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəsmisi, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşavirləri, Səhiyyə Nazirliyinin şöbə müdiri, Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, eləcə də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin Qarabağ Regional Birliyinin rəisi iştirak edirlər.

Qeyd edək ki, konfrans gənc tibb işçilərinin dəstəklənməsi və regionlarda kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən silsilə layihələrin növbəti mərhələsidir. Bundan əvvəl belə konfranslar Şamaxı, Qəbələ, Tovuz, Yardımlı və Quba rayonlarında, həmçinin Mingəçevir şəhərində keçirilib.

Digər xəbərlər