Deputat: Bərdədə yeni xəstəxananın inşasına ehtiyac var

200 minə yaxın əhalisi olan Bərdədə yeni, müasir xəstəxananın inşasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmaması, tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından bu məsələ xüsusi əhəmiyyət daşıyır:

"Bu baxımdan, məsələnin müvafiq dövlət proqramlarında öz əksini tapması üçün aidiyyəti qurumlara müraciət edirəm".

Digər xəbərlər