İspaniyadan Azərbaycana gətirilən 300 kiloqrama yaxın dondurulmuş qida məhsulunda kif aşkarlanıb

İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

Digər xəbərlər