Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfər oktyabrın 31-dən noyabrın 1-ə qədər davam edəcək.
Səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənədin imzalanması gözlənilir.