Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçiriIən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınması məqəsədəuyğun hesab edilir:
"Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir".