Bu ilin 11 ayı ərzində tibb müəssisələrindən 72 min 718 göndəriş "e-TABİB" Xəstəxana İdarəetmə Sisteminin "Forma-088" moduluna daxil edilib və imzalanıb.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.
O bildirib ki, əlavə olaraq 66 min 362 göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb:
"Əlilliyi olan şəxslərin göndərişlərin ("Forma-088") yazılmasında şəffaflığın və operativliyin təmin olunması məqsədilə instrumental və laborator müayinələrin nəticələrinin "Forma 088" moduluna avtomatik olaraq inteqrasiya edilməsi təmin edilib".