Oktyabrın 8-dən bu günədək qrip əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub.

"Report" xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün keçirilən "Açıq qapı" günündə deyib.

O bildirib ki, onlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd olunub:

"Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır".

Digər xəbərlər