Azərbaycanda elə bir dövr gələcək ki, icbari tibbi sığorta ilə qarşılanmayan hansısa xəstəlik qalmayacaq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi müəyyən qədər çətinləşdirdi, lakin hazırda bütün ölkə bu xidmətlə əhatə olunub.