Uşakov Putin və Uitkoff arasındakı görüşün nəticələri barədə danışıb

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskva­da ölkə lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti arasında aparılan danışıqları şərh edib.

"Report"un Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Uşakov tərəflərin ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanmaya ümid etməyin mümkün olmadığını qeyd etdiyini vurğulayıb.

"23 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək", – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.

O əlavə edib ki, təhlükəsizlik üzrə işçi qrupuna Rusiyadan Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxil olub.

"Görüş ABŞ-nin Ukrayna və Avropa ilə təmaslarının nəticələri barədə məlumat əldə etməyə yönəlmişdi. Stiv Uitkoff və Cared Kuşner Donald Trampın Volodimir Zelenski ilə görüşündən aldıqları təəssüratlarını bölüşdülər", – yerli KİV Uşakovun sözlərini belə çatdırıb.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43