Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib

Türkiyə adi pasporta malik Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, iki ölkə arasında viza rejiminin qarşılıqlı ləğv edilməsi ilə bağlı sazişin Monteneqronun ümumi (adi) pasportuna malik vətəndaşlarına şamil edilən müddəalarının tətbiqi dayandırılıb.

Qeyd edək ki, qərar xüsusi, xidməti və diplomatik pasport sahiblərinə şamil edilmir.

Qərar Monteneqronun Avropa İttifaqına uyğunlaşma prosesi çərçivəsində Türkiyənin adi pasportlu vətəndaşları üçün viza tələbini bərpa etməsinə qarşılıq kimi qəbul edilib.

Digər xəbərlər