Rusiyanın Krasnoyarsk diyarının İlansk-Nijneinqaş dairəsində, R-255 "Sibir" federal trasının 1080-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in diyar üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Kansk - İlansk marşrutu üzrə hərəkət edən avtobus qarşı hərəkət zolağına çıxıb və orada əvvəlcə yük avtomobili, daha sonra isə yük maşını (TIR) ilə toqquşub.
Nəticədə 5 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Ölənlər arasında bir yeniyetmə var. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.