Bakı. 29 mart. REPORT.AZ/ “Halkbank”ın baş direktorunun müavini Mehmet Hakan Atillanın ABŞ-da tutulması məsələsini də Reks Tillersonla müzakirə edəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.
“Ona narahat olduğumuzu və bu məsələyə aydınlıq gətirilməsini istəyəcəyik”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Xatırladaq ki, Reks Tillerson dövlət katibi vəzifəsinin icrasına başladıqdan sonra Meksika, Almaniya, Çin, Cənubi Koreya və Yaponiyada səfərdə olub, martın 28-də isə Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, martın 28-də Türkiyə “Halkbank”ın baş direktorunun müavini ABŞ-da tutulub. İnformasiyaya əsasən, Mehmet Hakan Atilla “ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların pozulması” və “bankçılıqda fırıldaq edilməsi” maddələri ilə ittiham olunur.
Məlumatda bildirilib ki, bu ittihamlar təsqdilənərsə, o zaman Atilla birinici ittihama görə 20, ikinciyə görə isə 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, “Halkbank” 1933-cü ildə yaradılıb.