Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində ayaqüstü görüş keçiriblər.
Bu barədə "Report" Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir.
Bildirilib ki, A.Mirzoyan iştirakçı ölkələrdən bir sıra həmkarları ilə söhbət aparıb.
Ermənistan XİN Hakan Fidanla danışıqların təfərrüatını açıqlamayıb.