Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb

Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də yerli hakimiyyət orqanlarında keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə MSK-nın sədri Əhməd Yener bildirib.

Onun sözlərinə görə, seçkilərdə 57,7 milyon Türkiyə vətəndaşı iştirak edib, seçici fəallığı 78,1% təşkil edib: “Səsvermə sakit şəraitdə keçib, nəticələrinə təsir edəcək ciddi pozuntu halları qeydə alınmayıb”.

MSK sədri vurğulayıb ki, müəyyən edilmiş pozuntulara görə bəzi yerlərdə iyunun 2-də təkrar seçkilər keçiriləcək.

Qeyd edək ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində 30 böyük şəhərin meri, bələdiyyə və yerli özünüidarəetmə orqanlarının başçıları seçilib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49