Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada arasında müdafiə və enerji sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanıb.

"Report" Türkiyə Prezidenti Administrasiyasına istinadən xəbər verir ki, imzalanma mərasimindən sonra ev sahibi ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın Baş naziri Mark Karni mətbuata birgə bəyanatlarla çıxış ediblər.

"Bu səfərin ən konkret nəticələrindən birini, heç şübhəsiz, Kanada ilə əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarımız təşkil edib", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, hər iki ölkə qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesində yeni layihələr həyata keçirməyi hədəfləyir.

M. Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada lideri olduğunu xatırladaraq, Türkiyə ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Digər xəbərlər