Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb

Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində digər dövlətlərlə münasibətləri ölkənin üzərində işləməli olacağı bir çağırışdır.

"Report" erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı bildirib.

"Ermənistanda kifayət qədər yaxşı iqtisadi fəallıq müşahidə olunur. Əlbəttə, çağırışlar da var. Hazırda çağırış – Aİİ çərçivəsindəki münasibətlərimizdir, gələcəkdə, əlbəttə ki, bunun üzərində işləyəcəyik", – deyə o bildirib.

Bu kontekstdə, onun sözlərinə görə, hökumətin bütün siyasəti iqtisadi dinamikanın təmin edilməsinə, Ermənistanın müstəqilliyinin möhkəmləndirilməsinə yönəldiləcək.

XƏBRƏ YENİLƏNİR

Digər xəbərlər