Kalininqradda hərbi təyyarə qəzaya uğrayıb

"Su-30SM" hərbi təyyarəsi Kalininqrad vilayətində qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "REN TV"nin mənbəyi məlumat verib.

Hadisə Çernyaxovsk rayonunda, Timofeyevka və Zelyonıy Bor yaşayış məntəqələri arasında baş verib.

İlkin məlumatlara görə, hər iki pilot katapult edib, lakin xəsarət alıblar.

Bildirilib ki, onlar, xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50