Novak: Sabah Rusiyadan ABŞ-yə dizel yanacağı daşıyan ilk tanker yola salınacaq

Rusiyadan ABŞ-yə dizel yanacağının ilk partiyası sabah göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası bu ölkənin Baş nazirinin müavini Aleksandr Novaka istinadən məlumat yayıb.

"İlk tankerin sabah, oktyabrın 22-də limandan Amerika Birləşmiş Ştatlarına yola salınacağı planlaşdırılır. Bu tankerin su tutumu 40 min ton olacaq. Ardınca isə, şübhəsiz ki, növbəti partiyalar gedəcək", - o bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında dizel yanacağının tədarükü üzrə müqavilələrin imzalanması prosesi yekun mərhələsindədir.

Digər xəbərlər