Ukrayna Milli Bankında Pışnının istefası ilə bağlı xəbərlər təkzib edilib - Yenilənib

Ukrayna Milli Bankında sədr Andrey Pışnının istefası ilə bağlı mediada yayılan xəbərləri təkzib ediblər.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya Milli Bankdan məlumat verilib.

Oktyabrın 21-i səhər saatlarında Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat verib ki, Xüsusi Antikorrupsiya Prokurorluğunun prosessual rəhbərliyi ilə detektivlər Milli Bankın binasında və əməkdaşlardan birinin yaşayış yerində istintaq hərəkətləri aparıblar.

Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosudan bildirilib ki, heç kim saxlanılmayıb və şübhəli bilindiyi barədə məlumat verilməyib. İşin digər təfərrüatları açıqlanmır.

Milli Bankda istintaq hərəkətlərinin aparıldığını təsdiqləyib və qurumun ştat rejimində işləməyə davam etdiyini bildiriblər.

Ukrayna Milli Bankının sədri Andrey Pışnı istefa ərizəsi yazıb.

"Report" xəbər verir ki, bu barədə "Delo.ua" bank sektorundakı həmsöhbətinə istinadən məlumat yayıb.

Məlumata görə, o bu addımı Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu tərəfindən kabinetində axtarışlardan sonra atıb.

Pışnı səhhətinə görə öz xahişi ilə istefa ərizəsi yazdığını bildirib.

Mənbə bu vəzifəyə ən çox ehtimal olunan namizəd kimi Milli Bankın sədrinin birinci müavini Sergey Nikolayevçuku göstərib. Mümkün namizədlər arasında həmçinin maliyyə naziri Sergey Marçenko və Milli Bank Şurasının üzvü Vasili Qorbal da göstərilir.

Qeyd olunub ki, axtarış zamanı Pışnıdan iki şəxsi mobil telefon götürülüb.

Andrey Pışnı 2022-ci il oktyabrın 7-dən Ukrayna Milli Bankının sədri vəzifəsini tutur.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50