İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) Bəndər-Abbas və Lar şəhərlərinin səmasında ABŞ-nin iki ədəd "Lucas" pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Bəndər-Abbas və Larda İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Amerikanın iki ədəd "Lucas" pilotsuz təyyarəsi məhv edilib", - açıqlamada deyilir.
Daha əvvəl "Tasnim" agentliyi yerli sakinlərə istinadən İranın cənubundakı Bəndər-Abbas, Konarak, Çabahar şəhərlərində və Lərak adasında partlayışların olduğunu bildirib.