Ryabkov: Məhbus mübadiləsi Rusiya və ABŞ-nin ikitərəfli gündəliyinin bəndlərindən biridir

Məhbus mübadiləsi mövzusu Rusiya və ABŞ arasında ikitərəfli gündəliyin bəndlərindən biridir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya Beynəlxalq Məsələlər Şurasının "Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru" adlı konfransı çərçivəsində bildirib.

"Bu, müvafiq kanallar vasitəsilə müzakirəsini davam etdirdiyimiz ikitərəfli gündəliyin bəndlərindən biridir", - o qeyd edib.

Xəbər lenti