Rusiyada qatar avtomobillə toqquşub, ölənlər var

Rusiyanın Altay vilayətində qatar və avtomobilin toqquşması nəticəsində iki nəfər həlak olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin XİN-in Sibir Federal Dairəsi üzrə Nəqliyyatda İdarəsi məlumat verib.

"Bu gün 11:40 radələrində Altayda Luqovskoye stansiyası yaxınlığındakı dəmir yolu keçidində yük qatarı Honda Fit markalı avtomobil ilə toqquşub. Avtomobildə olan 74 yaşlı sürücü və 72 yaşlı sərnişin aldıqları xəsarətlər nəticəsində dünyasını dəyişib", - idarə bildirib.

Hadisənin təfərrütları araşdırılır.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02