Kostanyan: Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı təmaslar sülh üçün vacibdir

Bakı və İrəvan arasında sülhün institusionallaşması yolunda iki ölkə cəmiyyətləri arasındakı təmaslar çox mühüm əhəmiyyət kəsb edir.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşün yekunları üzrə bildirib.

"Təbii ki, biz TRIPP barədə də danışdıq, çünki çoxlu təzə xəbərlərimiz var idi. Bu mövzuda daha əvvəl artıq ictimaiyyətimizə təqdim etdiklərimizi təqdim etdim", - nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin nümayəndələri Ermənistanın xarici siyasətinə, iki ölkə arasında sülh prosesinin gedişatına dair suallar veriblər.

Digər xəbərlər