Rusiyada daha 270 nəfərdə koronavirus aşkarlandı

Rusiyada daha 270 nəfərdə koronavirus infeksiyası qeydə alınıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bunu ölkənin operativ qərargahı açıqlayıb.

“Rusiya Federasiyasında bu günədək 1 535 yoluxma faktı qeydə alınıb”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin də paytaxtda 1 000-dən çox virus daşıyıcısının olduğunu açıqlamışdı. 

Digər xəbərlər