Rusiya XİN-in bölmə rəisinin güllə yarası olan meyiti mənzilində aşkarlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin bölmə rəisi Pyotr Polşikovun meyiti Moskvada mənzilində aşkarlanıb.

“Report” “RENTV”-yə istinadən xəbər verir ki, diplomatın başında güllə yarası aşkar edilib.

İnformasiyaya əsasən, hadisə yerindən pnevmatik tapançanın iki gilizi aşkarlanıb. Məlumata görə, tapança mətbəxdə qab yuyulan vannadan tapılıb.

Xəbərdə bildirilib ki, Pyotr Polşikovun mənzilində həyat yoldaşı olub. Hadisənin intihar və ya qətl olduğu hələlik məlum deyil. 

Rəsmi mənbələr hələlik informasiyaya münasibət bildirməyib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49