Rusiya, Türkiyə və İran prezidentləri Suriya məsələsini müzakirə edəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə, Rusiya və İranın dövlət başçılarının Suriya münaqişəsinin nizamlanması üzrə üçüncü görüşü bu ilin sentyabr ayının ilk həftəsində keçirilməsi planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə, görüş Tehranda keçiriləcək.

Digər xəbərlər