Rusiya Baş Qərargah rəisi: “Ötən il Suriyada MDB ölkələrindən olan 2 min silahlı məhv edilib”

Bakı. 15 dekabr. REPORT.AZ/ ”Ötən bir ildə Suriya ərazisində Rusiya və MDB-nin başqa ölkələrindən olan iki min silahlı məhv edilib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov xarici ölkələrin hərbi attaşelərinə verdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əsas məqsədləri “cihad hərbi məktəbi” keçənləri Rusiyaya buraxmamaqdır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24