Qazaxıstanın yeni Konstitusiyası üzrə referendum martın 15-nə təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni Konstitusiyası üzrə referendumun 2026-cı il martın 15-də keçirilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Konstitusiya layihəsinin mətninin rəsmi şəkildə dərc olunması 2026-cı il fevralın 12-nə planlaşdırılıb.

Referendumun hazırlanması və təşkili Mərkəzi Seçki Komissiyasına və ərazi komissiyalarına həvalə edilib, Qazaxıstan hökuməti isə digər orqanlarla birlikdə səsvermənin keçirilməsini təmin edəcək.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49