Qazaxıstanda 2023-2025-ci illərdə insan və orqan alveri ilə bağlı cinayət işlərinin sayında artım qeydə alınıb.
Bu barədə "Report"un Qazaxıstan bürosuna müsahibəsində bu ölkənin Baş Prokurorluğunun nümayəndəsi Adlet Toxtamısov bildirib.
"2023-cü ildə 158 belə cinayət işi qeydə alınıb. 2024-cü ildə isə bu göstərici 207, cari ilin 8 ayı ərzində isə 140-dan çox olub", - A.Toxtamısov insan alveri ilə mübarizə məsələlərinə həsr olunmuş forumun kuluarında qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan artıq bu cür cinayətlərə görə cəzanı sərtləşdirən qanunvericiliyə düzəlişlər edib: "İnsan alveri, o cümlədən insan orqanlarının qanunsuz ticarəti 18 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur".