Qazaxıstan və Rusiya 2028-ci ilə qədər sərhəddəki buraxılış məntəqələrinin modernləşdirilməsini tamamlamağı planlaşdırırlar.
Bu barədə "Report"un yerli bürosunun Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Qazaxıstan-Rusiya sərhədində Rusiya nəqliyyat nazirinin birinci müavini Valentin İvanov və Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparovun iştirakı ilə səyyar iclas keçirilib.
"Görüş zamanı avtomobil buraxılış məntəqələrinin modernləşdirilməsi müddətinin 2030-2032-ci illərdən daha erkən dövrə - 2026-2027-ci illərə çəkilməsi barədə qərar qəbul edilib", - məlumatda vurğulanıb.
Eyni zamanda, tərəflər ayrı-ayrı keçid məntəqələrindəki mövcud vəziyyəti müzakirə ediblər.