Qazaxıstan beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzərində fəal işləyir.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O.Bektenov multimodal dəhlizlərin inkişafının vacibliyini qeyd edib.
Eyni zamanda, Baş nazir Qazaxıstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və s. kimi logistik dəhlizlərin bir hissəsi olduğunu vurğulayıb.