MDB-nin 6 ölkəsində payızda antiterror təlimləri keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin avqust-sentyabr aylarında MDB-nin 6 ölkəsində birgə antiterror təlimləri keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov bildirib.

"Təlimlər iki mərhələdə baş tutacaq. Təlimlərin həlledici mərhələsinin əsas hissəsi Qırğızıstan ərazisində keçiriləcək", - A.Novikov Milli Antiterror mərkəzləri rəhbərlərinin görüşündə vurğulayıb.

O, Mərkəzi Asiya regionunda vəziyyəti daha da kəskinləşdirə biləcək təhdidlər üçün beynəlxalq qalxan olacaq, belə desək, hərbi-polis əməliyyatları üzərində artıq ikinci ildir işlədiklərini qeyd edib.

Digər xəbərlər