Avropa İttifaqının (Aİ) Diplomatik Xidmətinin rəhbəri Kaya Kallas iyunun sonu - iyulun əvvəlində Ermənistana səfər edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez bildirib.
Xatırladaq ki, Kaya Kallas apreldə Azərbaycanda səfərdə olub. Rəsmilərlə danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.