İran Türkiyənin hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai təyyarə qəzasında ölənlərlə bağlı Türkiyə hökuməti və xalqına başsağlığı sözlərini çatdırıb.
Xatırladaq ki, noyabrın 11-də Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.